“Vətəndaş” anlayışının ontoloji açımı

Dərc edildi: Aprel 11, 2010 / Aktual

Allah bu Firudinə lənət etsin! Sədd lənət! (səhv salmayasınız, söhbət “dostumuz, qardaşımız”, bəstəkar Firudin Allahverdidən gedir.) Adam necə oldu, o gecənin bir aləmində internetdə rus-özbək sözlüyündən “vətəndaş” kəlməsini tapıb çıxartdı, yolladı bizə, yıxdı evimizi! Sanki beynimizdə ildırım çaxdı, hər şey – tüm gizli qalmış mütləq həqiqətlər bircə anın içində tam aydın oldu bizə. İndi neçə zamandı dəli olub düşmüşük çöllərə.

Demə özbəkcə həmin bu olmayan anlayışımaza, vətəndaşa – фуқаро (füqəra) deyilirmiş. Zarafat kimi qəbul etməyin, adamların pasportunda rəsmi olaraq beləcə də yazılır – filan republikanın füqərası! Vəssalam! Daha necə istəyirsən qəbul et bunu. Birdəfəlik həll ediblər məsələni. Yüz dəfə demişik ki, müəllimlərimiz, ustadlarımız Xəzərin o tayındadır, fərqinə varan olmur ki, olmur.

Nə edək indi? Kimə gedib deyək dərdimizi? İctimai diskussiyamı təşkil edək? Bəlkə təcili olaraq orfoqrafik lüğətimizdə dəyişiklik aparıb bu kəlməni olmayan “vətəndaş” əvəzi işlədilməsinə nail olaq? İnanın, hamının işinə yarayar bu, xüsusən də iqtidarın. Gözəl-göyçək məmurlarımızın, “ziyalı”larımızın, qısası hamımızın canı birdəfəlik qurtarar beş-altı boşboğazın əlindən. Başqa tərəfdən, neçə illərdir ümumi türkcə yaratmaq istəyirdik, bəlkə bunu ilk addım kimi atıb şeytanın qıçını sındıraq?

Görəsən Nizami Cəfərovdan xahiş etsək necə, razı olarmı bunu dil komissiyasında heç olmazsa müzakirə etməyə? Axı bunu qəbul etsək çox şey yerinə oturardı, özü də birdəfəlik. Təsəvvür edin, küçədə şanlı polisimiz bizə müraciət edir: “füqəra!”, yaxud da prezidentin hər hansı bir bayram təbriki “hörmətli füqəralar!” ilə başlanır – nə gözəl olar. Yainki filan məmur deyir: “Füqəra filankəsov!” – necə də amiranə və hətta deyərdim ki, mərhəm səslənir. Ardını da kəndiniz düşünün lütfən, fantaziyanızı işlədin bir qədər.

Çox mükəmməl məsəldir dil. Hər bir cəmiyyətin dili onun ictimai inkişafın hansı pilləsində olmasının barometridir. Başlarına 91-də yaz yağmuru kimi təsadüfən düşmüş bu müstəqillik, taleyin tərs oyunu ilə özbəklərə (ümumiləşdirilmiş obraz kimi işlədilirdir, istənilən Mərkəzi Asiya ölkəsini qeyd edə bilərsiniz bura) qismət olub. SSRİ-nin qəfil dağılması ilə birdən-birə ayrıca dövlətə çevriliblər adamlar. Lakin bu heç də o demək deyil ki, bu xalq, bu cəmiyyət bunu şüurlu şəkildə istəyib və buna nail olub. Hal-hazırda oradakı mövcud quruluş buna tamamilə dəlalət edir. İnsanın sosial fərd kimi intişaş tapmadığı, sadəcə bioloji varlıq şəklində mövcud olduğu ibtidai feodal cəmiyyətində doğrudan da füqəra kəlməsi vətəndaşı tamamilə əvəz edə bilər.

XX əsrin görkəmli nəzəriyyəçisi, məntiqi pozitivizmin yaradıcılarından biri, lingvist filosof Ludwig Wittgenstein “Məntiqi-fəlsəfi traktatı” – “Danışılası mümkün olmayan bir şey varsa, o zaman susmaq gərəkdir” aforizmi ilə bitir. Xatırladırıq ki, filosofun nəzəriyyəsində dünya və dil mərkəzi anlayış kimi çıxış edir: dilin dünyanı əks etdirməsi onun (dilin) məntiqi strukturunun o birinin (dünyanın) ontoloji strukturuna eyniyyəti səbəbindəndir.

Hörmətli oxucularımıza isə qısa nəticə çıxarmaq üçün həmin məşüm sözlükdən bəzi ibarələri ruscadan tərcüməsiz təqdim edirik, lütfən diqqətlə baxın:

  • навести порядок – тартиб ўрнатиш
  • мирный договор – тинчлик шартномаси
  • трудовая повинность – меҳнат мажбурияти
  • в соответствии с нормами международного права – халқаро ҳуқуқ нормалари билан мос бўлмоқ

P.S. Hə, yeri gəlmişkən çox sevimli “stabillik” də kəlməsi də yeni yaradılacaq ümumi türkcəmizdə “барқарорлик” kimi səslənərdi…

Advertisements
şərhlər
  1. XeyyamN dedi ki:

    Təəssüflər ki, insanlarımız “vətəndaş” anlayışını dərk edə bilmirlər. Məsuliyyətlər, səlahiyyətlər, haqqlar, tələblər və başqa nələr nələr bilinmir biz tərəflərdə… Bax elə “füqəra” olmağımız da bu andan başlayır…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma