Azərbaycanlılar və Kubizm

Dərc edildi: Aprel 11, 2010 / Aktual

Azərbaycanlıların avanqarda (bu termini yalnız incəsənətə şamil etməsək belə) mənfi münasibəti heç kimə sirr deyil.

Söhbət sadəcə dünyagörüşlərinin konsertvatizmindən və yaxud ölkəmizdəki dözülməz sosial durumun cəzasına məhkum edilərək məişət bataqlığına qərq olmuş sadə insanlarımızdan getmir.

Bizim hətta özünü “dahi sənətkar”, “korifey-morifey” adlandıran “intellektuallarımızın” belə dünya incəsənətində son 100 ildə baş vermiş hadisələrdən səthi bilgiləri yox dərcəsindədir. Azərbaycanlılar indiyə kimi tam səmimiyyətlə folklorun incəsənət olduğu gümanındadırlar, bunun sübutu heç kimsəyə gərək deyil, bu artıq bir aksiomadır.

Lakin durumun paradoksu ondadır ki, bütün bunlara rəğmən, avanqardın cəmiyyətimiz tərəfindən təhtəlşüuri şəkildə nəinki qəbul edilmiş, hətta böyük müvəffəqiyyətlə məişətə, olmayan estetik görüşlərə, və hətta nitqimizə inteqrasiya edilmiş bir istiqaməti olduğunu əminliklə söyləyə bilərik. Bu cərəyanın adı – Kubizmdir.

Doğrusu bu yazıda XX əsrin əvvəllərində Avropada, əsasən təsviri incəsənətdə təşəkkülünü tapmış, özlüyündə istənilən təsvir-görüntünü həndəsi fuqur formalarının inikası kimi əks etdirən bu cərəyandan ətraflı bəhs etmək mümkünsüzdür. Sadəcə olaraq bu cərəyanın təsviri incəsənətdə dönüş xarakteri daşımasını, burada optik realizmin, ümumiyyətlə təsvirdə realistik görüntünün stereometrik həndəsi fiqurlarla əvəz edilərək gerçəkliyin xəyali obrazlar aləminə gətirilməsini geyd etmək olar. Başqa avanqard cərəyanlardan fərqli olaraq, kubizm üslubunda çəkilmiş əsərlərdə görüntünün reallığı heç də tamamilə məhv edilmirdi, burada sadəcə olaraq incəsənətdə ilk dəfə konsepsiyanın real təsvir üzərində tam və mütləq qələbəsi baş verir. XX əsr incəsənətinə müstəsna təsiri olan, çiçəklənmə dövrünü keçən yüzilliyin əvvəllərində P.Picasso və G.Braque kimi sənətkarların yaradıcılığında keçirmış Kubizm təqribən 20-ci illərdə mövcudluğunu bitirmişdir.

Lakin qərblilərdən fərqli olaraq, bizim cəmiyyət XXI əsrdə bu cərəyanın ideallarını incəsənətə yox, real həyatımıza gətirməyə nail olmuşdur. Buna ilk dəfə hansısa TV-lərimizdən birində məşhur bir muğənni xanımın düzbucaqlı şəklində boyanmış dodaqlarını gördükdə əmin oldum. “Primadonna” ləqəbli xanımın bunu bilməyərəkdən etdiyini düşünmək olardı, amma razılaşın ki, burada da eynən kubizmdə olduğu kimi həndəsi fuqur konsepsiyanın real təsvir üzərində dominasıyasından bəhs etmək olardı.

Əslində bir qədər diqqət yetirsəniz TV, KİV, ictimai mühitimizdə çərçivələnmiş nitq, dartılmış qalstuklar, düzbucaqlı kostyumlar, kvadratvari kəllələr, fuqural ifadələr görə bilərsiniz. Sırf nəzəriyyə baxımından bu, konseptin məzmun üzərində tam və yetkin qələbəsidir. 

Cəmiyyətimizdəki ictimai təsəvvürdə şərti olaraq gözəllik kimi qəbul edilən bu üslub artıq “yuxarı təbəqə” adlana biləcək məmurlarımız, muğam-meyxanaçı yaltaqlar dəstəsi, hərdən pop-show kahinləri, və xüsusən “ziya(n)lılar” üçün ümumi bir tendensiya xarakteri almışdır desək, yanılmarıq. Kubistik üslub eyniliyi zahirən müxtəlif görünə biləcək bu qrupları estetik cəhətdən birləşdirir. Bunun təzahürü istər zahiri görkəmdə, istər davranışda, istərsə də nitqdə belə özünü biruzə verir.

Bu konsepsiyanın tam qələbəsinə əmin olmaq istəyənlər isə çox da uzağa getməyə bilər, sadəcə Milli Məclisdəki çoxluğa tamaşa etmək kifayətdir – demək olar ki, biri-birindən fərqlənməyən kostyumlar, qalstuklar, sifət ifadələri və ən nəhayət nitqlər. İqtidar nümayəndələrinin ən yüksək məmurlarının nitqi, onların nəşrləri kubizmin bariz ifadəsidir: “analoqu olmayan”, “iqtisadi inkişaf”, “işçi qrupunun iclası keçirilmişdir”, “dünyada böyük hörmətə malik Azərbaycan”, “Kazımabad kəndinə təbii qazın verilməsi ilə bağlı mərasim”, “əhalinin gəlirləri 3,1 faiz artıb”, “xidmətlərin həcmi 33 faiz çoxalıb”, “bir qoyundan iki bala almışıq” və s.

Şübhəsiz ki, bu üslubun cəmiyyətimiz tərəfindən təhtəlşüuri şəkildə seçilməsi primitiv estetik dünyagörüşündən irəli gəlir. Cəmiyyətdə ibtiadailik və aqrarlığın domainantlığı, bu istiqamətin iqtidar tərəfindən kultuvasiyta edilməsi isə öz nəhayət bəhrəsini vermişdir. Cəmiyyətin modern olması isə heç bir avtoritar rejimə əsla gərək deyil – “millilik” və “adət-ənənə” kultunun dominasiyasının əsas qaynağı buradandır. 

Haqqında bəhs etdiyimiz Kubizm cəmiyyətin ümum-rəsmi estetikası kimi funksional olsa da, bu bir növ reallıq və müasirlikdən kifayət qədər primitiv qaçış kimi də səciyyələndirilə bilər. Əslində isə bu Kubizm estetikası ibtidai-aqrar cəmiyyətimizin feodal üsul-idarəsinin məntiqi üz qabığı, onun əksi və güzgüsüdür.

Advertisements
şərhlər
  1. babi dedi ki:

    Tebrikler!
    Chox beyendim!

  2. Rezo dedi ki:

    Maragli yazi ucun sag olun!

  3. Timur Zeynal dedi ki:

    Maraqli yazidir. Teshekkürler! En beyendiyim ise “ziya(n)lılar” ifadesi oldu, tam yerine düshür.

  4. Fexreddin Hacibeyli dedi ki:

    Teshekkurler Elmir bey!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma