Həll edilməmiş problem

Dərc edildi: Aprel 18, 2010 / Aktual

Bir neçə dost Tiflisdəki müasir musiqi festivalından yenicə gəldik. Feodalizmin xanəgahı Bakıdan cəmi 500 km.-lik məsafədə həqiqi Avropa dövləti qurulmaqdadır. Burada küçələrdə və yollarda asılmış portretləri, eks prezidentlərin heykəllərini, hər addımbaşında rüşvətxorluğu, TV-də yaltaqları görməyəcəksiniz. Xalq artisti, polis və məmurlar bu cəmiyyətdə dominantlıq təşkil etmir. Prezident və ətrafı (bizdə Saray adlanmalı) tənqidedilməzlər siyahısında deyil.

Bütün məsələlər hələ tam yerinə oturuşmasa da, buna çox ciddi və ən başlıcası səmimi cəhdlər edilir. Azərbaycanda hakim dairələrin psevdoideoloqlarının son dövrlərdə ciddi-cəhdlə “xalqın mentalitetinin demokratik islahatlara hazır olmadığını”, “milli dəyərlərimizin Avropa modelini qəbul etməyəcəyini” cəmiyyətə sırımağa çalışdığı yalançı əsalara öldürücü bir zərbədir bu dövlət. 1998-dən bəri dəfələrlə olduğum, vaxtilə bizim kimi korrupsiya burulğanında boğulan bu ölkədəki 2003-dən bəri baş vermiş modern çevirilişləri görməyən göz gərək kor olsun. Bu barədə kifayət qədər yazılıb, indi isə gürcü cəmiyyətinin tamamilə başqa bir üstünlüyündən bəhs etmək istərdim.

İş orasındadır ki, gürcü cəmiyyətində rusdillilər yoxdur, yəni ümumiyyətlə bu təbəqə və bu problem mövcud deyil. Musiqiçi kimi 15 ildən artıq bir zamanı əhatə edən dövrdə Tiflisdə keçirilən müxtəlif festivallar, seminarlar, simpoziumlarda iştirakım zamanı buna qəti əmin oldum: onların hətta kosmopolit elitası belə öz aralarında başqa dillərdə nəinki danışmır, bunu heç kim hətta ağlına belə gətirmir. Dərin utanc hissi, hətta deyərdim ki, kompleks keçirdiyim bu ağrılı məsələ haqqında onlardan sorduqda, Gürcüstanda bu kimi məsələnin ancaq XIX əsrin sonlarında mövcud olduğunu, lakın cəmiyyətin özünü toparlayaraq assimilyasiyaya, ən başlıcasi isə bizdəki kimi “bakinets və çuşkalara” bölünməsinə inkan vermədiyindən XX əsrdə vəziyyətin tamamilə dəyişdiyini söyləmişdilər.

Əslində sual oluna bilər ki, nədən bu problemi bu qədər qabardırıq? Əhalinin bir hissəsinin məişətdə, öz arasında rus dilində danışması nə problemidir ki? Ölkəmizdə bu qədər həll edilməmiş məsələ durduqca bundan bəhs etməyə dəyərmi?

Məsələ orasındadır ki, keçən yazıda qeyd etdiyimiz kimi, dil insan və cəmiyyətin təfəkküründə, ictimai şüurda çox vacib rol oynayan vacib bir elementdir. Hazırki iqtidar və ölkəmizdəki bütün sosial üstünlüklərə (hansı yolla – hamıya məlumdur) malik olan qrupların hamısının öz aralarında yalnız rus dilində ünsiyyəti isə heç kimə sirr deyil. Bütün faktorlarlar bir kənara, bu məsələ feodal şüurunda rəiyyətlə – yəni sosial aşağılarla – ağalar arasında mənəvi bir baryer rolunu oynayır. Ölkəmizdəki ictimai münasıbətlərin isə yalnız ağa-nökər modelində qurulması hamıya məlumdur yəqin ki. Keçən yazısında Əli Əkbər rusdillilərin “mən siyasətdən uzağam” düsturunu təhlil etmişdi. Doğrudan da çox maralıdır, intellektualizmə iddialı, ən azından özünü belə mövqeləndirmək istəkli bir Bakılı “qaqulik” rusdillinin elə rusdilli forumda-falanda ən adı ictimai suallara belə “политика меня не интересует, я художник” kimi cavabı, “mən sənətkaram, xalqın sənətkarı, prezidentimizə də qurban olum” deyib yaltaqcasına səhnədə anqıran muğamçı-meyxanaçıdan fərqi nədədir ki? Cavabında ikincilərin daha səmimi olduğunu qeyd etmək yerinə düşsə də, asosial elementlərin və lümpenləşmiş kütlələrin idarəsində hakim dairələrə hər iki təbəqənin bərabər səviyyədə gərəkliliyini deyə bilərik. Bu modeldə rusdilliləri xüsusilə iyrənc mövqeləndirən onların intellektual iddialarıdır.

Xatirimə artıq uzaq keçmişlərdə qalmış 2002-ci il düşür. O zaman Almaniyanın ölkəmizdəki səfirliyinin mətbuat üzrə attaşesi cənab C.F. ilə Berlində keçirilmiş bir Festivaldan döndükdən sonra tanış olmuşduq. Bir neçə söhbətdən sonra tam müxtəlif sahələrin adamı olsaq da aramızda kifayət qədər səmimiyyət yaranmış, bunun nəticəsində isə, nə qədər təəccüblü olsa da münasibətlər kəskinləşmişdi. İş orasında idi ki, dərin bilgilərə malik bu avropalı intellektualın postsovet ölkələrinin cəmiyyətləri, ictimai modeli haqda hərdən zarafatla, hərdən isə istehzalı, və hətta kinayə ilə danışığı, nə qədər hazırlıqlı olsam da mənim üçün şok xarakteri daşıyırdı. Bir dəfə baş vermiş söhbət isə, o zaman hələ də millətçilik azarından tamamilə xilas olmamış məni tamamilə cırnatmışdı. Əslində haqsız olduğumu özüm də bilirdim, amma bunu boynuna almağa sadəcə hazır deyildim. Söhbət təxminən belə alınmışdı:

“C.F. – İşlədiyim zaman gəldiyim qənaət, sizin ölkənizdə böyük problemlərin mövcudluğuna rəğmən, böyük bir faciənin də olduğudur. Diliniz yalnız quru rəsmiyyət və məişət xarakteri daşıyır.

Mən. – Nədən belə söyləyirsiniz? Azərbaycan bölümündə təhsil almış birisi kimi deyə bilərəm ki, əslində belə deyil…

C.F. – Bütün aparıcı sferalarda çalışanlar rusdillidir. Ölkənizə gəldiyim zaman bir çox xarici diplomatlar kimi dilinizi öyrənməyə çalışdım, sonra bunun əbəs səy olduğunu gördüm. Təəssüf ki, bunun praktik əhəmiyyəti yoxmuş.

Mən  – …elə düşünmürəm…

C.F. – Təsəvvür edin: hətta mətbuat konfransı yığdığımız zaman əsasən rusdilli mətbuata müraciət etməli oluruq. Müstəqilliyindən 10 il ötmüş bir ölkə üçün bu nəyin göstəricisidir?

Mən: – Niyə azərbaycandilli qəzetlər çağımısınız ki?

C.F. – Çağırırıq, amma razılaşın ki, ölkınizdəki aparıcı qəzetlər “Zerkalo” və “Exo”-dur. Qalan qəzetləri avtomatik olaraq 2-ci sıraya yerləşdirmək olar. Amma orada da hansısa ciddi bir mətbuat orqanı tapmaq asan deyil…

Mən – Bəlkə “Müsavat”?…

C.F. – Partiya mətbuatınımı?  Bəlkə “525”… Hər halda onun da “Zerkalo” və “Exo” kimi nüfuzu yoxdur.”

Söhbətin sonrakı hissəsinin açıqlanması gərək olmasa da, indi bu mübahisəni xatırlayanda təqvimin dəyişməsinin, müstəqilliyimizdən artıq 20 ilə yaxın bir zaman keçdiyinin fərqinə varmamız gərəkdir.

Problem nəinki həll edilib, əksinə, deyərdim ki, daha da dərinləşib.

Advertisements
şərhlər
  1. ZAUR dedi ki:

    Elmir bey,yazinizi cox beyendim.Inanin ki,diplomatin dediklerini oxuduqca,bagrim yarildi.Gercekden de bu beledir.Ne ede bilerik,baliq bashdan iylenir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma