Viza yoxsa Çəpər?

Dərc edildi: Oktyabr 30, 2010 / Aktual

Səfərdən yenicə qayıtdığım üçün bu mövzunun aktuallığı ilə bilavasitə rastlaşmışam. İstanbul hava limanında artıq miniyə hazırlaşdığımız Bakı reysindən bir neçə əcnəbini gözümüz önündə çıxardılar.

Pasportlarını diqqətlə yoxlayan məmurlar onlara “Baküyə gidemezsiniz, vizeniz yok” söylədikdə neçə nəfərin gözləri bərəldi. “Efendim, biz hava alanında bunu alıcağız” kimi ürkək dəlillər qəbul edilmədi. Təyyarəyə gedən avtobusun şüşələri arxasından son dəqiqədə hava limanında saxlanılmış bu insanların çaşmış sifətlərini, mobil telefonlarla ürpəşmiş halda haralarasa zənglərini seyr edərək uzaqlaşdıq. Yalnız bu zaman bir neçə gün əvvəl Azərbaycanda başqa ölkələrin (MDB kənar olmaqla) vətəndaşlarına viza tətbiqi ediləcəyi barədə haradasa rastlaşdığım xəbər haqda düşünməyə başladım.

Əcəba, görəsən camaatı belə qəfil haqlamış bu iş nə məsələdir? O zaman bu sual qafamda bir neçə dəqiqədən çox sürməmişdi. Doğrusu xarici ölkələrin vizasını Azərbaycan vətəndaşı olaraq əldə etmək çox da asan məsələ deyil. Şengen ölkələri və ABŞ səfirliyində tətbiq olunan qaydalar kifayət qədər müşkül və sərtdir. Bəlkə bu qərar həmən şərtlərin qarşılıqlı olması üçünmüş? Həm də bildiyim qədər bu yaxınlara kimi hakimiyyət yüksək rütbəli məmurların Avropaya gedişi üçün vizasız, sərbəst rejim əldə etməyə çalışmış, lakin bu nəticəsiz qalmışdı. Əlbəttə bütün bunlar versiya ola bilərdi. Lakin istənilən halda belə ciddi məsələ – ölkəyə girişdə yeni tətbiq ediləcək qaydalar haqda öncədən bəyanat verilməli, şübhəsiz müəyyən zaman müddəti də gözlənilməli idi. Çünki ölkəmizə gələcək müxtəlif sahələrin adamları öz işlərini öncədən planlaşdırmalı və ən azından elə hakimiyyətin haqqında bolluca danışdığı iqtisadiyyat və turizm sektoru belə neqativ fəsadlarla qarşılaşmamalı idi. Yüzlərlə insanı rahatsız edən bu cür qəfil maneələrin ölkə haqda çox mənfi təəssüratlara gətirəcəyi də hamıya aydın olmalı idi.

Yaxşı, onda görəsən belə basabasla bu viza tətbiqinin səbəbi nə ola bilər? İstənilən halda belə anlaşılır ki, burada başlıca səbəb qarşıdakı seçkilərdir. Görünür bu proses nə qədər süni, imitasiya, oyun xarakteri daşısa da iqtidarı bu zaman ölkəmizə Avropadan maneəsiz gələ biləcək jurnalistlər ordusu bərk narahat edir. Şübhəsiz ki, bu gələcək axının qarşısının alınması üçün bilərəkdən viza məsələsi qəfilətən aktuallaşdırılıb və nəticədə xaricilər qarşısında kifayət qədər effektiv çərəp qoyulub. Bununla da başbilənlərimiz növbəti baş ağrısından bir qədər xilas olublar. Moskva polittexnoloqlarının ideyalarından gözəlcə bəhrələnmiş iqtidarımız görünür ki, həm də milli-mənəvi dəyərlərimizə dirəklənərək mümkün qədər “Gecə qara, cücə qara” və “Bir daş altda, bir daş üstə” prisipi ilə hərəkət etməyi qərarlaşdırıb. Görünür “Əl əli yuyar, əl də üzü” arxetipi daha işləmirmiş bunlarçün.

Bu addım viza rejiminin başqa ölkələrlə qarışılıqlı olması kimi nə qədər məsumcasına görünsə də əslində bu belə deyil. Hakimiyyəti vətəndaşının vəziyyətinin əsla ilgiləndirmədiyi heç bir kimsəyə sirr deyildir. Və bu addım yalnız seçkilərdəki total saxtakarlıq və növbəti biabırçılıqlar üçün deyildir, bu ölkəmizin tədriclə, əhalisi faktiki rejim tərəfindən terrora məruz qalmış qapalı cırtdan dövlət modelinə – keçmiş Albaniya və ya çağdaş Şimali Koreyaya çevrilməsi yolundakı növbəti addımdır.Türkmənistan da uzaqlarda deyil əfəndilər, dənizin o tayındadır sadəcə!

P.S. “Welcome to Azerbaijan” yazılmışdı aeroport yolunda. Düşünürəm ki, xaricilərlik bir iş yoxdu burda, bu ifadə məhz bizlər üçündür, sonda hara gedib çıxacağımız haqda hakimiyyət tərəfindən indidən verilmiş istehzalı qəhqəhələr içində boğulan bir mesajıdır.

yazı “Demokrat” qəzetində dərc edilmişdir.

Advertisements
şərhlər
  1. yasharhuseynov dedi ki:

    Maraqlı yazıdır,təşəkkürlər!

  2. Malik I. dedi ki:

    Tekce sechkiler deyil, bu yaxinlarda Eynulla Fetullayev haqqinda chekilmish senedli film ve buna benzer meseleler de bura aiddir. Yani bundan sonra biz qapali bir mekan olduq ve sirf SSRI vaxtina dushduk.

  3. Nurlana Jalil dedi ki:

    Bu qərar məni də ən az gəldiyi ölkələrin hava limanında, o cümlədən Bakıdakı hava limanında saxlanılmış bu insanlar qədər qəzəbləndirdi. Ən çox isə E. Məmmədyarovun “Begründung”u məni özümdən çıxardı. Söhbətə baxın; Cənab Nazir deyi ki, biz də viza rejimimizi Şengen starndartlarına uyğunlaşdırmışıq. Cənab Nazir ilk öncə rəhbərlik etdiyi passiv qurumu, tənbəl, kobud, bacarıqsız əməkdaşalrını, sanki yeri və göyü özü yaradmış kimi özünü aparan səfir, şöbə müdiri, idarə rəislərini (aralarında yaxşı olanları istitsna etmirəm) Şengen ölkələrinin iş yürütmə, işi görmə standartlarına çatdırsın, sonra onun bu əsasını desin.

    A balam, sizlər hələ Azərbaycan vizasında biometrik şəkil yerləşdirmək iqtidarında deyilsiniz….
    Camaatı özünə güldürən, başdan-ayağa səhv, qüsurlu siyasət yürüdən başqa hökumət varmı? Guya bu Vətəni ən çox sevirlər…

  4. Nurlana Jalil dedi ki:

    Elmir bəy,
    birincisi bu nə sualdır mənə verirsiniz? 🙂 Məgər sadə məktəbli də bilmir ki, direktorla danışmadan onun sinif rəhbəri nəsə edə bilməz?! 🙂
    İkincisi, əlbəttə düşünmürəm, daha doğrusu düşünə bilmirəm. Amma tam səmimi deyirəm ki, Məmmədyarov bunu öz iradəsi ilə və tam müstəqil qərar verməklə etmiş olsaydı, bəlkə də bu, sözügedən aptal qərarın yeganə pozitiv cəhəti olardı.
    Mən Şengen standartlarına uyğunlaşdırılmış viza rejiminə Əbülfəz Qarayevin reaksiyasını xüsusən bilmək istədim 🙂 Artıq o, nitqində ölkəyə gəlmiş turistlərin sayını milyonlarla necə vurğulayacaq? 🙂

    • Elmir Mirzoev dedi ki:

      Nurlana bu qədər əsəbiləşməyə dəyərmi? Mən ki, sualı nəzakət çərçivəsində vermişdim 🙂 Doğrusu gözəl bir xanımla başqa yox, məhz bu mövzularda danışmalı olduğumdan hələ bir xeyli məyusam da 🙂
      Görün hakimiyyət bizi nə hala gətirib artıq ))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma