Utanmaq məsələsi

Dərc edildi: Yanvar 24, 2011 / Aktual

Utanc hissi bir çox insani keyfiyyəti özündə əks etdirən, eyni zamanda cəmiyyətdəki durumu tənzimləyən vacib hisslərdən biridir. Bu hissin ictimai anlam kəsbi “üz üzdən utanar”, “utanmasan oynamağa nə var ki?” kimi məsəllərdə özünü tapıb.

Görəsən utanc hissi nədən irəli gəlir? Tərbiyədən, yoxsa insanın təbiətindən? Bunu düşünsək gedib İbrahimi dinlərin kökünə çıxırıq – Tanrı Cәnnәtdә yaşayan Adәmlә Həvvaya buyyurur ki, burada istәdiyyiniz ki­mi ömür sürün, bircә o idrak ağacının meyvəsini dadmayın. İlan öncə Hәvvanı yoldan çıxarır, o da əri Adəmi. Sonra ikisi dә bilik ağacının meyvəsini yeyir vә ayılır, biri-birindən utanmağa başlayırlar. Ona görә dә Tanrı onlara qәzәblәnib Cәnnәtdәn qovur. Utancın tarixçəsi qısaca olaraq belə başlayır, ardını isə Adәm vә Həvvanın övladları kimi təxmini bilirik. Demək utanmaq üçün nəyisə bilmək, ən azından nəyisə düşünmək gərəkdir.

Bu hissin cəmiyyətimizdə buxarlanaraq çoxdan yoxa çıxmasını hamımız müşahidə etmişik. Əslində bizim televiziya, radio, ümumiyyətlə mediada, bütün mümkün formatda yaltaqlıqla müşaiyət olunan orgiyaları görən istənilən insan utanmalıdır. Cəmiyyətdəki total savadsızlığın özülləri olan “ziya(n)lı”ları, rüşvətxor ali məktəb müəllimlərini, elmə aidiyyatı olmayan akademikləri, əyalətdə çoban olmağa ləyaqəti olmayan professuramızı görən də utanmalıdır. Daxildə baş verən biabıçılıqdan, zorakılıqdan, əzici sosial problemlərdən, yırtıcı məmurlardan, vətəndaş çırpan polislər haqda cınqırını çıxara bilməyən, bunun müqabilində ermənini və İranı icazəli rahatlıqla söyməkdə “əzmkarlıq” nümayiş etdirəm “millətçi” və “türkçülər”i görən də untanc hissi duymalıdir. Facebookda 17 il əvvəl baş vermiş sarsıdıcı məğlubiyyətimizin səbəblərini belə araşdırmayan, bunun müqabilində Şah İsmayılla Sultan Səlimin Çaldıran düzündəki 500 il öncə baş vermiş hadisəsinə “bu döyüş bütün türk dünyasına ağır zərbə oldu” kimi yas tutan, burnunun ucunda dövlətinin parçalanma baiskarlarının kim olduğunu bilməyən, amma “Güney dərdi” çəkib və sonda bütün naqisliklərin səbəbkarının Avropa olmasını iddia edən “gəncləri” görən də analoji hissi keçirməlidir. Hər şey bir kənara, elə cəmi 2 ay əvvəl keçirilmiş “seçkilərdə”ki namizədləri görən, onların çıxışlarını azca da olsa dinləyən gərək utandığından yerə girsin. Nəsə, bu utancların tam siyahısı sonda dissertasiya mövzusu və psixiatriya söhbətləri olacaq, çalışaq ki, məsələni bir qədər yekunlaşdıraq.

Doğrusu şəxsən mənim cəmiyyətimiz adına olan dərin utanclarımın kökü iki ən əsas səbəbdədir:

1. Mürahibədəki sarsıdıcı məğlubiyyətimiz.

2. MDB məkanında faktiki ilk monarxiya quruculuğumuz.

Bütün başqa məsələlər – total korrupsiya, qeyri-legitim avtoritar hakimiyyət, insan haqları və s. məsələlərin biabirçı durumu, şəffaf cəmiyyətin utopiyaya çevrilməsi, medianın gülünc vəziyyəti, naqis “ziyalılar”, əhalinin böyük qismində illərdən bəri yığılmış gələcəyə ümidsizlik və bunların son nəticəsi kimi bütün passionar və istedadlı insanların çıxışı yalnız mühacirətdə görməsi məhz bu səbəblərdən qaynaqlanır. Ölkədəki ictimai kolliziyalırın, dərin mənəvi krizisinin, faktiki siyasi kollapsın nəticələrini axtarmaq istəsəniz sonda yalnız bu iki məsələ ilə üzləşəcəksiniz. Və diqqətli insanlar əlbəttə ki, bu iki səbəbin biri-birisi ilə bilavasitə əlaqədə bulunduğunu bilməmiş olmazlar.

P.S. Bütün bunlarla yanaşı, əgər iqtidarımız kimi “balansı” gözləsək, o zaman bu illər ərzində baş vermiş iki vacib hadisədən də məmnunluğumu bildirərdim: bunlardan birincisi cəmiyyətin Latın qrafikasına keçidi müvəffəqiyyətlə bitirməsi (hərçənd kirill əlifbasının mental dairəsi bir kabus kimi qalmaqdadır və Dil Qurumunun bu günlərdəki məlum bəyanatı savadsızlıqla bu mənəvi arealın simbiozundan başqa bir şey deyildir) və bir zamanlar dizaynını çox böyük qorxu içində gözlədiyim Yeni Azərbaycan Manatıdır. Vəziyyət qat-qat pis ola bilərdi, inanmayan birinci məsələdə özbəklərin taleyini, ikincidə isə türkmənlərin qismətini diqqətlə izləsin.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma