İqtidarın orfoqrafiya lüğəti – söz ya rəqəm?

Dərc edildi: Yanvar 14, 2012 / Aktual

İncildə deyilmişdir ki, dünyanın yaranışında ilk əvvəl söz olub. Bununla da rəmzi olaraq sözün əhəmiyyəti vurğulanır. Folklorumuzdakı “xəncər yarası sağalar, amma söz yarası sağalmaz” kimi deyim də məhz bu fikri nəzərdə tutur – sözün gücünü və əhəmiyyətini.

Son 20 ildə cəmiyyətimizdə sözün əhəmiyyəti demək olar ki, özünü tamamilə itirmişdir – buna tam əmin olmaq üçün yaxın tarixə bir göz atmaq kifayətdir. Bu dövrdə o qədər sözlər deyildi, o qədər sözlər verildi ki, deməklə bitən deyil. Sözlərdən çamur düzəldildi, sözlər çay kimi axıdıldı, vulkan kimi püskürdü, hava kimi buraxıldı, un kimi üyüdüldü – bununla da tamamilə mənasızlaşıb gücünü və əhəmiyyətini itirdi.

Həmən 20 ilin 18 ilini hakimiyyətdə olmuş iqtidarın hünəri sayəsində bu məsələ öz apogeyinə çatıb – əgər atası “ataram pencəyimi çiynimə, gedərəm Qarabağı alaram” deməklə gəlib ortada oturmuşdusa, balası bu oturumun düz 10-cu ilində gəlib “Qarabağ siyasətimizi yenidən başlamalıyıq” kimi sözü deyibən, indi də artıq özünün 9-cu ilinə keçməkdədir. Sözlər də axıdılmaqda davam edir, təbii ki.

Bunların şübhəsiz ki, bütün cəmiyyətə də təsiri olmamış deyil – bütün nəyəsə sorunlular, yəni kimdən ki, nəyisə sormaq gərəkdir, hamısı avropalılar demişkən “bla bla bla” etməklə məşğuldur. Onları hamınız çox gözəl tanıyırsınız, isimlərini çəkməklə bitməz – müxtəlif nazirliklər, ittifaqlar, idarələr, komitələr, qısası zorlu-vəzifəlilər, deputatxanadan, TV-lərdən, bəzi nadirləri istisna mediadan heç danışmağa da dəyməz. Bundan başqa xüsusi kaqorta da vardır – sovetozavr “ziya(n)lılar”, bunların da dəqiq kateqoriya və xarakteristikasını nadir parlaq simalarımızdan Şahvələd bəy verib – “danışa danışa susanlar”.

Qısaca, hakimiyyətimiz söz-falan hərləmir, nə kiminsə sözünə əhəmiyyət verir, nə də özü dediyi sözün hansısa bir əhəmiyyəti vardır – demək sözlə bunlara nəsə qandırmaq, çatdırmaq mümkün deyil, bunu anladıq.

Bundan fərqli olaraq rəqəmlər 18 illik iqtidarımız üçün çox vacib bir əhəmiyyət kəsb edir. Rüvşətlər, “şapkalar”, “otkatlar”, büdcə dağıntıları, layihələrdən çəkilən faizlər, 80 milyona yol, 100 minə bir sinif otağı, daha nə bilim nələr, nələr. “600 min iş yeri”, “əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı filan qədər olub”, “strateji valyuta ehtiyatları nə bilim neçə milyarda çatıb”, “ÜDM-in nə bilim neçə faiz inkişafı” və s. bu qəbildəndir.

Bundan başqa hansısa abstrakt əhalinin “asudə vaxtını səmərəli keçirmək hüququnu” qorumaq məqsədilə izacəsi verilməyən (əslində nə icazəsi gərəkdir, bunu da bilən yoxdur) mitinqlərə gələnləri dənə-dənə sayaraq onların sayının gah 25, gah 100, gah da 200 nəfər olduğu dönə-dönə qeyd edilir.

Demək ki, iqtidarın orfoqrafiyasında rəqəm sözdən üstün tutulur, rəqəmlərə ciddi yanaşılır, rəqəm bunlar üçün çox vacib və funksional əhəmiyyətə malikdir.

O zaman bütün bunlardan nə kimi nəticə çıxır? Belə alınır ki, bunlar artıq sözlük deyil, rəqəmlikdirlər. Görünür rəqəmlər, hesab həll etməlidir məsələni. Yuxarıdan təyziq artdıqca, sözlərə ümid tamamilə öldükdə, məsələ rəqəmlərə çevrilə bilər. Tarixi təcrübə də bunu göstərir ki, sözə əsla, hətta nümayişkəranə tərzdə fikir verilməyəndə, sonucda rəqəmlər ortaya çıxır, dominasiya edir və rəqəmlər məsələni sözdən fərqli olaraq çox ağır yollarla həll edir.

Azərbaycanda bir kimsə bunu istəməzdi əlbəttə, amma rəqəmlərə üstünlük verənlər, malesef ki, artıq işdə bunu ediblər.

Advertisements
şərhlər
  1. Emil Baghirov dedi ki:

    Bu dövr tarixə “sözlərin öldüyü dövr” kimi keçəcək.

  2. babaqametli dedi ki:

    Emil,,,Cox duzgun qeyd edibsen…)))…

  3. ikivuriki dedi ki:

    Ümumi Daxili Məhsul – ölkədə istehsal olunmuş və əhaliyə təqdim olunmuş xidmət və məhsulların yaratdığı ümumi dəyərdir. Məsələn, maşın qəzası baş verərsə – yaralanmışların təcili yardım xidməti, müalicə və müayinə xərcləri, qəzanın polis araşdırması, evakuator və s. xidmətlərə görə bütün alış-verişlər hamısı ÜDM-in artmasını göstərir. Yəni ümumdaxili məhsul filan həddə çatıb sözü heç də həmişə inkişafdan xəbər vermir…

    Binaları söküb yerinə yenisini tikmək də ÜDM-i artırır da…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma